Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2014 09:00

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin futbol çempionatı sona çatıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən mayın 26-dan iyunun 1-dək hərbi qulluqçular arasında futbol çempionatı keçirilib.
Gəncə şəhərində təşkil edilən yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılardan ibarət komandalar iştirak ediblər.
AFFA hakimlərinin idarəçiliyi ilə keçirilən çempionatda 13 komanda 4 qrupda mübarizə aparıb.
Yarımfinal matçlarında "Bakı" təmsilçiləri "Şəmkir" komandasından, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin komandası isə Hərbi Dəniz Qüvvələri komandasından üstün olub.
İyunun 1-də keçirilən 3-cü yer uğrunda görüşdə "Şəmkir" komandası Hərbi Dəniz Qüvvələrinin komandasına 5:0 hesabı ilə qalib gəlib.
Final matçında isə "Bakı" komandası Heydər Əliyev adına AAHM komandasına (əsas və əlavə vaxtda 1:1, penalti 5:4) yalnız onbir metrlik cərimə zərbələri hesabına udaraq turnirin qalibi olub.
Sonda qaliblər kubok, medallar və fəxri diplomlarla mükafatlandırılıb.