Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2024 16:51

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə işgüzar səfər edib

Mayın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfər edib.
Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyətinin bir sıra görüşləri və “EFES - 2024” çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılır.