Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2024 22:10

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyətinin Türkiyəyə işgüzar səfəri davam edir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, eləcə də Dövlət Sərhəd Xidmətinin rəhbər heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.
Səfər çərçivəsində nümayəndələr İzmir şəhərində yerləşən "Doğanbey" təlim sahəsinə gələrək Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olublar.
Qonaqlara sərgidə nümayiş etdirilən aviasiya vasitələri, pilotsuz uçuş aparatları, silah və döyüş texnikası ilə bağlı ətraflı məlumat verilib.