Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2023 09:02

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyətinin Gürcüstana işgüzar səfəri davam edir

Azərbaycan Respublikasının müdafiə nazirinin müavinləri - Baş direktor cənab Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun Gürcüstanda işgüzar səfəri davam edir.
Müdafiə Nazirliyinin rəhbər heyəti Tbilisi şəhərində yerləşən “Delta” Dövlət Hərbi Elmi-Texniki Mərkəzini ziyarət edib.
Mərkəzdə keçirilən görüşdə hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.