Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyun 2017 18:38

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar hüquqşünas”


Kişiyev Rauf İsmayıl oğlu – polkovnik

“Əməkdar həkim”

Tağıyev Tofiq Tağı oğlu – tibb xidməti polkovnik-leytenantı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2017-ci il.