Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2023 19:35

Azərbaycan Ordusunun yaradıcı kollektivi Astanada keçirilən festivalda iştirak edəcək

Azərbaycan Ordusunun bir qrup yaradıcı heyəti “Astana – mədəniyyət karvanı” adlı beynəlxalq hərbi-musiqi festivalında iştirak etmək üçün Qazaxıstana səfər edib.
Hərbi Orkestrin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi festivalda maraqlı musiqi nömrələri təqdim edəcək.
Astana şəhərinin 25 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçiriləcək festival iyulun 9-dək davam edəcək.