Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2019 16:33

Azərbaycan Ordusunun təlim hissə və bölmələrində andiçmə mərasimi keçiriləcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, avqustun 11-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.
Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
Hərbi hissələrin komandanlığı ilə keçiriləcək görüşlərdə valideynləri maraqlandıran məsələlərin müzakirəsi aparılacaq və mədəni-kütləvi tədbirlər təşkil olunacaq.