Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2022 14:15

Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində məşğələlər keçirilib

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində ixtisas hazırlığı üzrə məşğələlər keçirilib.
Məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə açılması, yaranmış mürəkkəb şəraitdə vahid rabitə sisteminin təşkil edilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq məşq etdirilib.
Rabitəçilər idarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil rabitə qovşaqlarından qərargahlararası yüksək keyfiyyətli səs və məlumat mübadiləsini bacarıqla yerinə yetiriblər.