Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2023 08:25

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri  istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun  Mollabayramlı və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.