Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2021 20:28

Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olan qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib

Müdafiə nazirinin tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Novruz bayramı ərəfəsində, Torpaq çərşənbəsi ilə əlaqədar daimi dislokasiya məntəqələrinə yaxın ərazilərdə yerləşən Şəhidlər xiyabanlarını ziyarət edib.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.