Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Dekabr 2019 12:50

Azərbaycan Ordusunun “Əbədiyaşar Ali Baş Komandan” ekspedisiyası uğurla başa çatıb - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində Müdafiə nazirinin müvafiq əmri ilə hərbi alpinistlərimizin “Əbədiyaşar Ali Baş Komandan” adlı ekspedisiyası təşkil olunub.
Ekspedisiya zamanı hərbi alpinistlər polkovnik-leytenant Zal Nəbiyev, baş leytenant Ülvi Məmmədli və baş leytenant Əhliman Qocayev respublikamızın ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin ikinci ən yüksək zirvəsi olan “Şahdağ” (4243 m) və “Heydər Əliyev” (3763 m) zirvələrinə qalxaraq orada Azərbaycan Ordusunun və Hərbi Hava Qüvvələrinin bayraqlarını dalğalandırıblar.