Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 2026 19:51

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkmənistan Silahlı Qüvvələrinin hərbi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. 
Sərgi çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkmənistan müdafiə nazirinin müavini polkovnik Bəymurat Soltanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik K.Vəliyev Azərbaycanın türkdilli ölkələrin hərbi qurumları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib.
Səmimi qəbula görə təşəkkür edən qonaq ölkələrimiz arasında mövcud olan əlaqələrin dostluq, qardaşlıq, tarixi və mədəni köklərə əsaslandığını qeyd edib.