Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 2026 17:09

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

Sentyabrın 22-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Beynəlxalq Müştərək Strateji Komandanlığının rəhbəri general-polkovnik Sebahattin Kılınç ilə görüşüb. 
Qonaqları salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə arasında münasibətlərin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.
Tərəflər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və ordularımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Görüşdə həmçinin hərbi, hərbi təhsil, hərbi-texniki, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi də aparılıb.