Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Sentyabr 2021 17:13

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti kursu keçirilir - VİDEO

Müdafiə Nazirliyinin hərbi hissələrində zabit və gizir hazırlığı kursları ilə yanaşı, müddətdən artıq həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar üçün də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ildə bir neçə dəfə kurslar təşkil olunur.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində avqustun 9-dan başlanan növbəti müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçularının hazırlığı kursunda da kifayət qədər gənc hərbi ixtisaslara yiyələnir.
Peşəkar müəllim və komandir heyəti tərəfindən kursantlara yüksək hərbi bilik və bacarıqlar aşılanır.
Kurslarda iştirak edənlərin böyük əksəriyyəti Vətən müharibəsi iştirakçılarıdır.
Qeyd edək ki, kursu uğurla başa vuranlar 3 il müddətinə bağlaşma imzalayaraq ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaqlar.