Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2019 17:59

Azərbaycan Ordusunda “Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində “Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir.
Qoşunların idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə keçirilən kursda dinləyicilərə Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş müasir rabitə vasitələrinin üstünlükləri və tətbiqi mexanizmi haqqında ətraflı məlumat veriləcək.
Kurs iştirakçılarına kompüter bacarıqlarının artırılması, şəbəkə avadanlıqlarının istismarı üzrə nəzəri biliklərin və praktiki təcrübənin təkmilləşdirilməsi, həmçinin digər mövzulara dair mühazirələr oxunacaq.
Məşğələlərin keyfiyyətli təşkilini təmin etmək məqsədilə müasir tədris-laboratoriyasının bazasından istifadə olunur. Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar veriləcək.