AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunda hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışlarının ilk mərhələsi başa çatıb.
Qoşun növləri və xidmət sahələrindən yarışlara qatılan hərbi qulluqçular ilkin mərhələdə ərazidə uzun məsafəyə qaçış edərək xəritə üzərində göstərilən hədəfləri müəyyənləşdiriblər.
Yarışın şərtlərinə əsasən kişi hərbi qulluqçular 9,3 km məsafədə 16 nöqtəni, qadın hərbi qulluqçular isə 6,8 km məsafədə 15 nöqtəni aşkar ediblər.