Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Oktyabr 2019 17:39

Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin peşəkarlıq səviyyəsi yoxlanılıb

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda komandirlərin ideoloji iş və mənəvi-psixoloji təminat, şəxsi heyətlə iş üzrə müavinlər və psixoloqların toplantısı keçirilib.
Toplantıda zabitlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədləri bilmələri üzrə testlər, fiziki hazırlıqdan məqbullar qəbul edilib, eləcə də döyüş və gündəlik fəaliyyətdə mənəvi-psixoloji təminatın təşkili və aparılmasına dair təlim-metodiki məşğələlər keçirilib.