Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyun 2026 18:02

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib. 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Yarışın ilk günündə komandaların tərkibi yoxlanılıb, birinciliyin ardıcıllığını təmin etmək üçün püşkatma keçirilib. 
Birincilik uğrunda mübarizə aparan hərbi qulluqçular 11 komanda tərkibində atış, qumbaraatma və 3 kilometr məsafəyə kros qaçışı üzrə yarışlarda güclərini sınayıblar.
İdmançıların topladığı nəticələrə uyğun olaraq  fərdi və komanda hesabı uğrunda yerlər hakimlər tərəfindən müəyyən edilib. 
Sonda qalib komandalar və fərdi hesabda fərqlənənlər diplom, kubok və medallarla mükafatlandırılıb, xatirə fotosu çəkdirilib.