Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Aprel 2023 15:19

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros birinciliyi keçirilib

2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros yarışları keçirilib.
Yarışlarda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən 11 komanda üzrə 33 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıblar.
Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma və 3000 metr məsafəyə kros üzrə güclərini sınayıblar.
Yekun nəticələrə əsasən, 1-ci yerdə Heydər Əliyev adına Hərbi İnstitut, 2-ci yerdə Quru Qoşunları, 3-cü yerdə isə Hərbi Polis İdarəsinin komandaları qərarlaşıblar.
Yarışın sonunda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb.