Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Aprel 2018 12:08

Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və “Qaraheybət” təlim mərkəzinin bazasında hərbi qulluqçular arasında hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir.
Yarışların açılış mərasimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ümummilli liderimiz Heydər Əliyevin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Müdafiə Nazirliyinin zabiti polkovnik Sadiq Paşayev açılışda çıxış edərək, orduda şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Qoşun növlərini və birləşmələri təmsil edən 14 komanda fərdi və komanda birinciliyi uğrunda mübarizə aparır. 80-dək hərbi qulluqçu maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, 8 km məsafəyə kross və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayırlar.