Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2018 17:39

Azərbaycan Ordusunda ən yaxşı topoqraf adı uğrunda yarış keçirilir

2018-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunun topogeodeziya ixtisaslı zabitləri ilə “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilir.
Yarış zamanı iştirakçılar ərazidə səmtləşmə, GPS vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir proqram təminatından istifadə edilməsi və fiziki hazırlıq üzrə bacarıqlarını göstərəcəklər.
Yarış nəticələrinə görə ən yaxşı topoqraf adına layiq görülmüş hərbi qulluqçu müəyyən ediləcək.