Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 May 2021 11:30

Azərbaycan Ordusunda “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi keçirilir

2021-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi keçirilir.
Qoşun növləri, birlik, birləşmə, əlahiddə hərbi hissələrdə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində keçirilən müsabiqədə əsas diqqət ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbərlərinin pedoqoji vərdişlərinin təkmilləşdirilməsinə, hərbi qulluqçularla ideoloji işin düzgün aparılması qaydalarının qrup rəhbərlərinə öyrədilməsinə yönəlib.
Müsabiqənin məqsədi hərbi kollektivlərdə döyüş əzminin daim yüksək səviyyədə saxlanılması, Azərbaycançılıq ideyası, milli mənəvi dəyərlərə ehtiramın, o cümlədən xalqa, dövlətə, Ali Baş Komandana və Hərbi anda sədaqətin şəxsi heyətə aşılanması, eləcə də ictimai-siyasi hazırlıq sahəsində qabaqcıl təcrübənin təbliğidir.
Hərbi hissələrdə birinci mərhələ üzrə qaliblər müəyyən edilərək   mükafatlandırılıb. Yekun mərhələdə isə xüsusi komissiya tərəfindən Azərbaycan Ordusu üzrə müsabiqənin qalibləri müəyyən ediləcək.