Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Noyabr 2020 16:00

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, noyabrın 15-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlığı gənc əsgərləri hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.
Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.