Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2018 17:30

Azərbaycan Ordusunda “Açıq qapı” günü və andiçmə mərasimləri keçirilib – VİDEO

General-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, avqustun 12-də bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Müxtəlif hərbi hissələrdə rəhbər heyətin iştirakı ilə keçirilən tədbirlərdə valideynlərlə görüşlər təşkil edilərək onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb.
Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkib, həmçinin mədəni-kütləvi tədbirlərdə iştirak ediblər.