Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən, Azərbaycan Ordusunda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.
Çıxış edənlər dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan Dövlət bayrağı haqqında ətraflı danışaraq bildiriblər ki, milli həmrəyliyimizin başlıca amillərindən biri, üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc mənbəyidir.
Qeyd olunub ki, ölkəmizdə müstəqillik elan edildildən sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən yenidən dövlət rəmzi olaraq bizə qaytarılan üçrəngli Azərbaycan bayrağı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi sayəsində bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə vüqarla dalğalanır.