Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Aprel 2017 13:00

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir

Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 26-27 aprel tarixlərində Moskva şəhərində keçirilən VI Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir.
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil olunan beynəlxalq konfransda 78 ölkənin nümayəndəsinin iştirakı ilə qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Plenar iclaslarda beynəlxalq terrorizmə, o cümlədən Yaxın Şərqdə terrorizm və radikalizmə qarşı mübarizə, informasiya məkanının təhlükəsizliyi, raket əleyhinə müdafiə, Avropa, Asiya-Sakit okean, Mərkəzi Asiya regionlarında təhlükəsizliyin təmin edilməsi, eləcə də dünyanın müxtəlif bölgələrində təhlükəsizliyin gücləndirilməsində hərbi qurumların roluna dair fikir mübadiləsi aparılacaqdır.