Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 2026 20:26

Azərbaycan müdafiə nazirinin Birləşmiş Krallığın və Slovakiyanın müdafiə nazirləri ilə görüşləri keçirilib

Sentyabrın 30-da "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlıq məsələlərinə dair bir sıra maraqlı görüşlər keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov beynəlxalq sərgidə iştirak edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və  Slovakiyanın müdafiə nazirləri ilə görüşüb.
Müdafiə naziri ölkəmizin Birləşmiş Krallıqla və Slovakiya Respublikası ilə bütün sahələrdə, xüsusilə də müdafiə və təhlükəsizlik məsələlərində əməkdaşlığa daim maraqlı olduğunu vurğulayaraq, bu əlaqələrin mövcud vəziyyətindən razılıq bildirib.
Azərbaycanda səfərdə olmaqdan və sərgidə iştirak etməkdən məmnunluq ifadə edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri cənab Lord Vernon Koaker və Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak dövlətlərimizin müdafiə strukturları arasında hərbi təhsil, hərbi-texniki innovasiyalar, həmçinin digər istiqamətlərdə əməkdaşlıqların müsbət müstəvidə davam etdiyini vurğulayıblar.
Görüşlərdə nazirlər müdafiə və təhlükəsizlik, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair  gələcək planları müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.