Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 2026 14:48

Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı ünvanlayıb. 
Başsağlığında deyilir: "Xəzər dənizində təlimlər zamanı doqquz nəfər hərbi qulluqçunun dənizə düşərək həlak olması, bir nəfərin yaralanması, yeddi nəfərin itkin düşməsi barədə xəbər məni dərindən kədərləndirdi. Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm. Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm. Allah rəhmət eləsin.”