VİDEO" /> VİDEO">
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyun 2026 17:44

Azərbaycan heyəti “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada hərbi qulluqçularımızın iştirakı ilə “Anadolu Qartalı - 2026” beynəlxalq taktiki-uçuş təlimi keçirilir. 
Təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri cəlb olunub.
Əvvəlcə iştirakçılara təlimin məqsədi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib.
Hərbi pilotlarımız təlimin planına uyğun olaraq mərhələlər üzrə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, yüksək peşəkarlıq nümayiş etdiriblər.
Qeyd edək ki, təlimin əsas məqsədi iştirakçı ölkələrin HHQ-ləri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə əməliyyat imkanlarının genişləndirilməsidir.