Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 2014 09:00

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları ilk dəfə F-16 təyyarələrində uçuşlar keçirirlər

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir.
Bu gün təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları ilk dəfə olaraq ikiyerli döyüş-təlim F-16 tipli qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşlar yerinə yetiriblər.
Təlim uçuşları zamanı pilotların bu tip təyyarələrin idarə olunması üzrə peşəkar bacarıqları və uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb.
Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.