"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2017 10:53

Azərbaycan hərbçiləri “Səhra mətbəxi” müsabiqəsində iştirak edir

“Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak edən Azərbaycanın hərbi aşpazlarının hazırladıqları təamlar qonaqlara təqdim edilib.
Azərbaycan, Rusiya, Belarus, Serbiya, Monqolustan və İsrailin hərbi aşpazları yarışların iştirakçıları və qonaqlar üçün milli mətbəxlərinə aid 150-dən çox yeməklər hazırlayıblar. Müsabiqəni izləyən çoxsaylı qonaqlar hərbçi aşpazlarımızın hazırladıqları xörəklər və şirniyyatların dadına baxıblar.
Müsabiqə çərçivəsində Azərbaycanın milli mədəniyyətini əks etdirən sənət nümunələri və musiqi alətləri də nümayiş etdirilib.