Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2024 17:47

Azərbaycan hərbçiləri Özbəkistanda keçirilən kursda iştirak edir - VİDEO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Özbəkistanın Daşkənd vilayəti ərazisində “Dağ rəhbəri” kursunda iştirak edir.
Özbəkistan Müdafiə Nazirliyinin "Çimqan" Dağ hazırlığı üzrə təlim-tədris mərkəzində keçirilən kursda iştirakçılar dağ avadanlıqlarından səmərəli istifadə, qayaya qalxma və enmə, təbii dağ maneə dəhlizlərini aşmaq, dağlıq şəraitdə atəş açmaq, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və təhlükəsiz təxliyə üzrə əldə etdikləri nəzəri bilikləri təlim sahəsində praktiki olaraq icra edərək gücləndirirlər.
“Dağ rəhbəri” kursunda Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.