Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Sentyabr 2020 20:06

Azərbaycan hərbçiləri Moskvada “Sərhədsiz dostluq” festivalında birinci yerə layiq görülüb

“Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində Moskvada keçirilən “Sərhədsiz dostluq” Milli Mədəniyyətlər festivalının mahnı və rəqs müsabiqələrində Azərbaycanı Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edib.
Festivalda hərbçilər təmsil etdikləri ölkələrin və dünya xalqlarının mahnı və marşlarını, rəqslərini ifa ediblər.
Hərbçilərimizin ifasında təqdim edilən milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin sədaları altında milli geyimlərdə rəqslər münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazanıb.
Festivalda uğurla çıxış edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı “Qızıl səs” vokal nominasiyası üzrə birinci, “Rəqs ritmləri” nominasiyası üzrə isə ikinci yerə layiq görülüb.