Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 2021 15:36

Azərbaycan hərbçiləri Moskvada "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində iştirak edir

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi keçirilir. Müsabiqədə Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının kollektivi təmsil edir.
Yaradıcılıq müsabiqəsində komandamız "Vokal ustalığı", "Xoreoqrafik bacarıq", "Instrumental janr" və "Sərgi fəaliyyəti" mərhələləri üzrə mübarizə aparacaq.
Müsabiqə çərçivəsində hərbçilərimizin ifasında milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin ifası və Azərbaycan milli rəqsləri təqdim olunacaq.
Müsabiqə avqustun 22-dən sentyabrın 5-nə kimi davam edəcək.
Qeyd edək ki,  yarışlarda 20-dək ölkədən beş yüzdən artıq musiqiçi, vokalist və rəqqas iştirak edəcək.