Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 2019 11:39

Azərbaycan hərbçiləri Minskdə keçirilən hərbi paradda iştirak ediblər

Belarus Respublikasına səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti iyulun 3-də Minsk şəhərində keçirilən bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradı izləyib.
Paradda fəxri qonaq qismində Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.
Hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin, həmçinin Çin Xalq Azadlıq Ordusunun parad heyətləri də iştirak ediblər.