Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2021 16:35

Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib

Noyabrın 4-də "Zəfər Günü" münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyində tarixi qələbənin qazanılmasının ildönümünə həsr olunan “Azərbaycan dövlətçiliyi: islahatlar və zəfər mərhələsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabitləri, Müdafiə Nazirliyinin, şəhər muzeylərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Azərbaycanın tarixi Zəfəri ilə yekunlaşan müharibənin ədalətli və əsl Vətən müharibəsi olduğunu, bu Qələbənin Müzəffər Ali Baş Komandanın qətiyyəti, rəşadətli Ordumuzun şücaəti, xalqımızın birliyi hesabına qazanıldığını qeyd edib.
Sonda Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Hərbi orkestri, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tədbir iştirakçılarına qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri təqdim edib.