Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Mart 2016 09:00

Azərbaycan Hərb Tarixi Muzeyində "31 Mart - azərbaycanlıların soyqırımı tarixin qanlı səhifəsidir" mövzusunda anma tədbiri keçirilib

Müdafiə Nazirliyinin, hərbi təhsil müəssisələrinin, hərbi hissələrin, veteran təşkilatlarının, şəhər muzeylərinin və digər idarələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə Ermənistanın tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışılıb. Bildirilib ki, Azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni şovinist millətçiləri tərəfindən yüz illər boyu planlı surətdə həyata keçirilib.
Anma tədbirində ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Çıxışlarda ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımıların dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.
Tədbirdə soyqırımılar nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyi, terror və təcavüzə məruz qaldığı, doğma torpaqlarından deportasiya olunduğu, ermənilərin bu təcavüzkar siyasətinin bu gün də davam etdirildiyi, dünya birliyinin isə buna biganə yanaşmasının təəssüf doğurduğu bildirilib.
Sonda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən sənədli film nümayiş olunub.