Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 2019 18:49

Azərbaycan HDQ-nin qərargahında Qazaxıstan və İran nümayəndə heyətləri ilə görüşlər keçirilib - VİDEO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov iyulun 30-da Qazaxıstan Hərbi Dəniz Donanmasının nümayəndəsi 1-ci dərəcəli kapitan Kanat Niyazbekovun və İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi 1-ci dərəcəli kapitan Hüseyn Həsəninin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparılıb.