Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Noyabr 2026 15:17

Azərbaycan-Gürcüstan Milli Müdafiə Universitetləri arasında təcrübə mübadiləsi aparılıb

Azərbaycan ilə Gürcüstan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Gürcüstan Milli Müdafiə Akademiyası rəisinin birinci müavini polkovnik İmeda Gvritshvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir. 

Səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edərək xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olan nümayəndə heyəti institutun rektoru polkovnik Elnur Ələsgərli ilə görüşüb.

Görüşdə Azərbaycanın hərbi təhsil sistemində son illərdə həyata keçirilən islahatlar, görülən işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib. 

Tərəflər, həmçinin hərbi təhsilin inkişafı istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Qarşılıqlı hədiyyə mübadiləsindən sonra xatirə fotosu çəkdirilib.