Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Oktyabr 2019 15:36

Azərbaycan boksçusu Hərbçilərin Dünya Oyunlarında bürünc medala sahib olub

Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü, boksçumuz Salman Əlizadə (46-49 kq) Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarının bürünc medalını qazanıb. Bu, Azərbaycan komandasının turnirdə 6-cı medalıdır.
S.Əlizadə ilk görüşdə suriyalı Mussin Əl Masriyə, dörddəbir finalda nepallı Bahadur Teca Deubaya qalib gəlib. Boksçumuz yarımfinalda Hindistan idmançısı Dipaka məğlub olaraq, turniri 3-cü yerdə başa vurub.