Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2019 10:34

Azərbaycan Ali Hərbi Məktəbində “Heydər Əliyev və Ordu quruculuğu” mövzusunda tədbir keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Azərbaycan Ali Hərbi Məktəbinə xalqımızın Ümummilli Liderinin adının verilməsinin 15-ci ildönümü münasibətilə hərbi təhsil ocağında “Heydər Əliyev və Ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
Görüşün əhəmiyyəti barədə iştirakçılara məlumat verən polkovnik Emin Səfərov belə tədbirlərin silsilə olaraq davam edəcəyini şəxsi heyətin diqqətinə çatdırıb.
Sonra Milli Məclisin deputatları Aydın Mirzəzadə “Ümummilli lider, əbədiyaşar komandan Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur”, Elman Məmmədov isə “Ulu öndər Heydər Əliyev XXI əsrin görkəmli siyasi və dövlət xadimidir” mövzularında məruzələrlə çıxış ediblər. Onlar Ümummilli Liderin şərəfli həyat yolundan və fəaliyyətindən, dahi şəxsiyyətin Azərbaycanın çiçəklənməsi, Ordumuzun qüdrətlənməsi uğrunda gördüyü işlərdən danışıblar.
Sonda Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov çıxış edərək Heydər Əliyevin adını daşıyan məktəbin onun ideyalarının həyata keçdiyi ali hərbi təhsil ocağı olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Yekunda iştirakçılara “Heydər Əliyev və Ordu quruculuğu” adlı qısametrajlı film təqdim olunub.