Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Aprel 2015 09:00

Azərbaycan-ABŞ arasında ikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib.
Konfransda ölkələrimiz arasında müdafiə sahəsində həyata keçirilən fəaliyyətlərin gedişatı və ikitərəfli əməkdaşlığın perspektivləri, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2016-cı il uçun İş Planı"nın layihəsi müzakirə edilib.
Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin müvafiq idarə və xidmətlərinin, eləcə də Silahlı Qüvvələrin üç qoşun növünün təmsilçiləri, ABŞ tərəfdən isə Avropa Komandanlığının, ABŞ-ın Azərbaycandakı Hərbi Attaşeliyinin və Hərbi Əməkdaşlıq Ofisinin nümayəndələri iştirak ediblər.