Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2023 14:04

Azad edilmiş ərazilərə növbəti media-tur təşkil olunub

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığı və döyüş növbətçiliyi, eləcə də onların sosial-məişət şəraiti ilə tanış olmaq məqsədilə media nümayəndələri üçün növbəti media-tur təşkil edilib.
Media nümayəndələri bu ərazilərdə dislokasiya olunan bölmələrdə və döyüş mövqelərində yaradılan şəraitlə tanış olub, hərbi qulluqçuların fəaliyyətini izləyib, çəkilişlər aparıb və hərbçilərdən müsahibələr götürüblər.
Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunan ərazilərdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.
Media-tur çərçivəsində azad olunmuş ərazilərdə xidmət edən bir qrup qadın hərbi qulluqçuya və mülki işçiyə, o cümlədən tədbirdə iştirak edən qadın jurnalistə gül dəstələri və hədiyyələr təqdim olunub.