Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 May 2016 09:00

Aviasiya və yerüstü təhlükəsizlik prosedurlarına dair ekspertlərin təcrübə mübadiləsi keçirilir

ABŞ-ın Oklahoma ştatının Qırıcı Aviasiyası Yerüstü və Uçuş Təhlükəsizliyi Proqramı üzrə ekspert qrupu ilə Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında aviasiya və yerüstü təhlükəsizlik prosedurlarına dair təcrübə mübadiləsi üzrə tədbir keçirilir.
Tədbir çərçivəsində hərbi aerodromların uçuş-enmə zolağı, aerodromun təhlükəsizliyi və texniki qulluq prosedurları, eləcə də aerodrom ərazisindəki obyektlər və uçuş-enmə zolağının təmiri ilə bağlı tələblər mövzularında müzakirələr aparılır.
Bundan əlavə, qarşılıqlı brifinqlərin təqdim olunması və praktiki nümayişlərin yerinə yetirilməsi də planlaşdırılır.
Ekspertlər qrupunun səfəri mayın 20-dək davam edəcək.