Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2008 00:00

Atəşkəs

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 27-də saat 20:20-dən 21:30-dək və avqustun 28-də 00:45-dən 00:55-dək fasilələrlə Ermənistan Respublikası Berd  rayonu adsız yüksəkliklərdə və Ayqepar, Çinari kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli və  Koxanəbi  kəndləri ərazisində yerləşən mövqelərini;
- saat 23:45-dən 00:00-dək Ağdam rayonun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- avqustun 27-də saat 10:55-dən 11:05-dək və avqustun 28-də saat 05:05-dən 05:15-dək Xocavənd rayonunun adsız yüksəkliklərdə və  Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.