Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2022 17:32

Artilleriyaçılarımız Qazaxıstana səfər edib

“Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün Qazaxıstana səfər edən komandamıza brifinq təqdim olunub.
Brifinqdə artilleriyaçılarımıza təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah olunub, ərazinin maketi üzərində atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri göstərilib, eləcə də poliqonun infrastrukturu və maddi-texniki bazası ilə bağlı məlumat verilib.