Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2021 18:59

“Artilleriya atəşinin ustaları” müsabiqəsinə start verilib - VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin ilk mərhələsinə start verilib.
Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edib,  minaatanlar, qumbaraatanlar və pulemyotlardan atəş tapşırıqları yerinə yetiriblər.
Fərdi mərhələnin nəticələrinə əsasən hərbçilərimiz bütün hədəfləri sərrast atəşlə məhv ediblər.
Hakimlərin qərarına görə hərbçilərimiz doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.
Birinci və ikinci yerləri isə müvafiq olaraq Qazaxıstan və Rusiyadan olan  artilleriyaçılar qazanıblar.