Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2019 15:48

“Artilleriya atəşinin ustaları” müsabiqəsində artilleriyaçılarımız silah və hərbi texnikaya baxış keçiriblər - VİDEO

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.
Silah və döyüş texnikası qəbul edildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarının məşq etdirilməsinə başlayıblar.
Püşkatmanın nəticələrinə əsasən birinci mərhələdə artilleriyaçılarımız Rusiya, Venesuela və Zimbabve komandaları ilə yarışacaqlar.
Müsabiqə avqustun 17-dək davam edəcək.