Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2021 10:37

“Artilleriya atəşinin ustaları” müsabiqəsi davam edir - VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib.
Komandamızın ikinci heyəti də fərdi mərhələdə uğurla çıxış edib. Təyin olunmuş hədəfləri sərrast atəşlə məhv edən artilleriyaçılarımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.
Birinci və ikinci yerləri isə müvafiq olaraq Rusiya və Qazaxıstandan olan artilleriyaçılar qazanıblar.