Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Noyabr 2020 18:59

AR Müdafiə naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.
Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.